Bakı. Trend:
Bu gün saat 10:30-dan etibarən Binəqədi, Nizami və Suraxanı rayonlarında qaz xətləri üzərində təmir-quraşdırma işləri aparılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Belə ki, Nəsimi rayonu üzrə Nizami küçəsinin, Yasamal rayonu üzrə Ə.Quliyev küçəsinin, Binəqədi rayonu üzrə Sulutəpə və Xocahəsən qəsəbələrinin, Nizami rayonu üzrə Q.Qarayev prospektinin, A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Ordubadi, İ.Müzəffəroğlu və Özbəkistan küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
