Bakı.Trend:
ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 noyabrda Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
"Bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərsiniz".
Qurumdan əlavə olunub ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.
