Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 10 ayında proqnozla müqayisədə 6 faiz və ya 385 mln. manat çox olmaqla 6 mlrd. 601 mln. manat təşkil edib.
Trend xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 371 mln. manat artaraq 5 mlrd. 237 mln. manat olub.
Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 6 mlrd. 263 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 537 mln. manat çoxdur.