...

Distant iş zamanı əməyin necə mühafizə olunacağı məsələsinə aydınlıq gətirilib

Cəmiyyət Materials 10 Dekabr 2025 12:32 (UTC +04:00)
Distant iş zamanı əməyin necə mühafizə olunacağı məsələsinə aydınlıq gətirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sağlamlığın qorunmasına görə əsas məsuliyyət işəgötürənin üzərində qalacaq.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini vurğulayıb ki, bu məsuliyyət işəgötürənin nəzarət edə bildiyi sahələrlə məhdudlaşır:

“Yəni işəgötürən distant iş zamanı yalnız təqdim etdiyi avadanlıq, proqram təminatı, məlumatların mühafizəsi və onların təhlükəsiz istismar qaydalarının işçiyə yazılı şəkildə çatdırılması çərçivəsində məsuliyyət daşıyır”.

R.Mustafayev bildirib ki, bu məsələlər işəgötürən və işçi arasında yazılı formada dəqiq şəkildə bölüşdürülür və əmək müqaviləsində öz əksini tapır.

“Distant işin görüləcəyi yer əvvəlcədən müəyyən olunur, həmin yerin təhlükəsizliyi ilə bağlı əmək mühafizəsi normaları təsbit edilir, bu şərtlər təsdiq edildikdən sonra işçi həmin müəyyən olunmuş yerdən distant şəkildə işini davam etdirir.

Əlbəttə, bütün bu tələblər Əmək Məcəlləsinin ümumi normalarına uyğun şəkildə tətbiq olunur və tərəflər arasında bağlanan əmək müqaviləsinə ediləcək əlavələrdə dəqiq şəkildə öz əksini tapacaq”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti