...

Bu gündən şagirdlərin elektron yerdəyişməsi dayandırılır

Cəmiyyət Materials 8 Yanvar 2026 09:00 (UTC +04:00)
Bu gündən şagirdlərin elektron yerdəyişməsi dayandırılır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

Trend xəbər verir ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək.

Qeyd edək ki, 13 yanvar 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti