Bakı. Trend:
Yanvarın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend Milli
Hidrometeorologiyada Xidmətinə istinadən xəbər verir ki, sabah
Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı
olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı
yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü
şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 1 dərədəcən 4 dərəcəyədək
olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 766 mm civə
sütununa yüksələcək. Nisbi rütubət 80-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir
yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı
var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə
arabir güclənəcək.
Havanın temperaturu gecə -1 dərəcədən -4 dərəcəyədək, gündüz 5
dərəcədən 9 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən -8 dərəcəyədək,
gündüz 0 dərəcədən -3 dərəcəyədək olacaq.
