...

Masallıda 3500 abonentin qazı kəsiləcək

Cəmiyyət Materials 21 Yanvar 2026 13:46 (UTC +04:00)
Masallıda 3500 abonentin qazı kəsiləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Masallı rayonu Köhnə Alvadı kəndi ərazisində minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qaz xəttinin zədələnməsi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.

Bildirilib ki, zədələnmiş borunun bərpası ilə əlaqədar olaraq Köhnə Alvadı, Güllütəpə, Tatyanoba, Əmirtürbə, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Abasbəyli kəndləri və Təzə Alvadı kəndinin bir hissəsi daxil olmaqla, ümumilikdə 3500 abonentin qaz təchizatının 21.01.2026-cı il tarixində saat 15:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti