...

Bələdiyyələrlə bağlı hüquq-mühafizə orqanlarına göndərilən protokolların sayı artıb

Cəmiyyət Materials 9 Fevral 2026 14:01 (UTC +04:00)
Bələdiyyələrlə bağlı hüquq-mühafizə orqanlarına göndərilən protokolların sayı artıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bir sıra bələdiyyələrin birləşməsi nəticəsində ölkə üzrə bələdiyyələrin sayı 57 % azalsa da, bir sıra göstəricilər buna mütənasib şəkildə azalmayıb, əksinə müəyyən sahələrdə artım müşahidə olunub.

Trend-in məlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini tapıb.

Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, onların fəaliyyətinin təşkilinə kömək və metodoloji yardım tədbirlərinin effektivliyinin yüksəldilməsi nəticəsində cari ildə fəaliyyəti yoxlanılan bələdiyyələrin sayında 33 %, aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilən materialların sayında 22 %, məhkəməyə göndərilən inzibati xəta haqqında protokolların təmini nisbətində 11 % artıma nail olunub.

Bununla yanaşı, əvvəlki illə müqayisədə bələdiyyələr tərəfindən qəbul edilən aktların sayında cəmi 20 %, həyata keçirilən maarifçilik tədbirlərinin sayında 7 % və həmin tədbirlərə cəlb olunan iştirakçıların sayında cəmi 18 % azalma olub. Eyni zamanda dəyişdirilməsi və ya ləğv edilməsi barədə təklif verilmiş aktların sayındakı 36 %-lik və “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə aktların elektron qaydada təqdim edilməsi imkanının yaradılması sayəsində məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokolların sayındakı 51 %-lik enmə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti