...

2025-ci ilin yekunları üzrə bələdiyyələrin büdcə gəlirlərinə dair proqnozlar açıqlandı

Cəmiyyət Materials 9 Fevral 2026 14:01 (UTC +04:00)
2025-ci ilin yekunları üzrə bələdiyyələrin büdcə gəlirlərinə dair proqnozlar açıqlandı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 7.9 milyon manat artaraq (14,4 %) ilk dəfə 63 milyon manata yaxın vəsait təşkil edib.

Trend-in məlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini tapıb.

Bildirilib ki, bələdiyyələrin vahid informasiya sistemindən əldə olunan məlumatlara əsasən, 2025-ci ilin yekunları üzrə bu göstəricinin 60 milyon manat həddini keçməsi proqnozlaşdırılır.

Vurğulanıb ki, 2025-ci ildə əksər bələdiyyələrin büdcə daxilolmalarında müsbət nəticələrə nail olunub və 2024-cü illə müqayisədə yerli büdcələrə torpaq və əmlak vergisindən təxminən 26 % (7,2 milyon manat) çox vəsait daxil olub.

Əlavə edilib ki, statistik rəqəmlər baxımından ümumi gəlirlərində kəskin artım Turan, Daş Salahlı, Samux, Yardımlı, Müşfiqabad bələdiyyələrində müşahidə olunub. Daxilolmalardakı artımın məbləğinin yüksəkliyi baxımından isə Sumqayıt (841 min manatdan çox), Yasamal (574 min manatdan çox), Nərimanov (533 min manatdan çox), Nəsimi (481 min manatdan çox) və Masallı (423 min manatdan çox) bələdiyyələrini fərqləndirmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti