...

Qanunsuz ayrılan bələdiyyə torpaqlarının sahəsi məlum oldu

Cəmiyyət Materials 9 Fevral 2026 14:00 (UTC +04:00)
Qanunsuz ayrılan bələdiyyə torpaqlarının sahəsi məlum oldu
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3 142 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

Trend-in məlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini tapıb.

Bildirilib ki, nəticədə 3 121 hektar torpaq sahəsinin icarəyə, 21 hektar torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

Həmçinin, 2025-ci il ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib.

Nəticədə 2 057 hektar örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti