...

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Cəmiyyət Materials 9 Fevral 2026 14:00 (UTC +04:00)
Bələdiyyələr hara daha çox pul xərcləyir?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində bələdiyyələr tərəfindən yerli əhalinin rifahının yaxşılaşdırılması, həssas əhali qruplarının sosial müdafiəsinin dəstəklənməsi naminə sosialyönümlü layihələrin icrası prioritet məsələlərdən biri olub.

Trend-in məlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini tapıb.

Bildirilib ki, respublika üzrə abadlıq işlərinə 10 milyon manata yaxın, sosial müdafiə və sosial təminatla bağlı xərclərə 1.7 milyon manatdan çox, gənclər siyasəti, təhsil və digər sosial tədbirlərlə bağlı layihələrə 500 min manata yaxın vəsait ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti