...

Ötən həftə 47 nəfər xilas edilib, 5 nəfərin meyiti aşkarlanıb (VİDEO)

Cəmiyyət Materials 9 Fevral 2026 09:44 (UTC +04:00)
Ötən həftə 47 nəfər xilas edilib, 5 nəfərin meyiti aşkarlanıb (VİDEO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 203 yanğına çıxış, 37 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 47 nəfər xilas edilib, 4 nəfər xəsarət alıb, 2 nəfər təxliyə olunub, bağlı qapı arxasında 5 nəfərin meyiti aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti