...

Ötən ay məcburi sosial sığorta haqları üzrə ödənilən müavinətlərin məbləği açıqlanıb

Cəmiyyət Materials 12 Fevral 2026 10:34 (UTC +04:00)
Ötən ay məcburi sosial sığorta haqları üzrə ödənilən müavinətlərin məbləği açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 14,6 mln. manat vəsait ödənilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilir ki, ötən ilin analoji dövrü ilə müqayisədə 0,5 mln. manat və ya 3,2% çox vəsait xərclənib.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 14,1 mln. manat vəsait ödənilib.

Bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,04 mln. manat və ya 0,3% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti