...

Bələdiyyə aktlarının 97,2 %-i qanunvericiliyə uyğundur - Toğrul Hüseynov

Cəmiyyət Materials 13 Fevral 2026 11:31 (UTC +04:00)
Bələdiyyə aktlarının 97,2 %-i qanunvericiliyə uyğundur - Toğrul Hüseynov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə inzibati nəzarət orqanına daxil olmuş 81.711 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib və onların 97,2%-nin qanunvericiliyə uyğun olduğu müəyyən edilib.

Trend xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, normativ hüquqi aktların tələblərinə zidd olan aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib.

“Bu təkliflər nəticəsində 644 akt ləğv edilib, 950 akt dəyişdirilib, bələdiyyələr tərəfindən təmin olunmayan 7 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.

Xüsusilə torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı aktların ləğvi nəticəsində 3 min hektardan çox torpaq sahəsinin, o cümlədən 2 057 hektar örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib”, - deyə Toğrul Hüseynov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti