Bakı.Trend:
Qubanın bir neçə kəndinin qaz təchizatında fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilir ki, Quba XS-nin Qəçrəş kəndi istiqamətində istismarda olan d-159 mm-lik orta təzyiqli qaz xəttinə balans ölçü qovşağının quraşdırılması ilə əlaqədar olaraq 17.02.2026-cı il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının daxildən dayandırılması planlaşdırılıb.
Qaz təchizatı dayandırılan müddətdə Amsar kəndinin bir hissəsi, 1-ci Nügədi Abidə bir hissəsi, 2-ci Nügədi 9-məhəllə, Dəvədabanı yaşayış massivi, M.B.Tahirov, Ağamalı, Fətəli Xan bir hissəsi, Qəçrəş, Qımılqazma, Qırız-Dəhnə və Küsnətqazma kəndləri olmaqla ümumilikdə 3184 abonentin qaz təchizatında fasilə yaranacaqdır.
