...

Bədii gimnastika üzrə Dünya kubokunun ikinci günü başa çatıb (FOTO)

İdman Materials 19 Aprel 2026 07:32 (UTC +04:00)
Bədii gimnastika üzrə Dünya kubokunun ikinci günü başa çatıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə Dünya kubokunda yarışların ikinci günü uğurla başa çatıb. Turnirin növbəti günündə gimnastlar fərdi və qrup hərəkətləri üzrə öz bacarıqlarını nümayiş etdirərək həm hakimlər, həm də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıblar.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ikinci günün proqramına əsasən, fərdi çıxışlarda gimnastlar gürzlər, lent, halqa və top alətləri üzrə bacarıqlarını sərgiləyiblər. Çıxışların yekununda fərdi gimnastlar çoxnövçülük proqramı üzrə mükafatlandırılıblar. Təsnifat mərhələsinin nəticələrinə əsasən, 1-ci yeri Onofriichuk Taisiia, 2-ci yeri Varfolomeev Darja, 3-cü yeri isə Nikolova Stiliana tutub.

Qrup hərəkətlərində gimnastlar 3 halqa və 2 cüt gürz ilə proqramlarını təqdim ediblər. Bu kateqoriyada da çoxnövçülük üzrə qaliblər müəyyənləşib. Nəticələrə əsasən, 1-ci yeri İsrail komandası, 2-ci yeri İspaniya komandası, 3-cü yeri isə AIN 2 komandası əldə edib.

İkinci yarış günü çərçivəsində tamaşaçılar üçün əyləncəli müsabiqələr də təşkil olunub. Sual-cavab formatında keçirilən yarışda gimnastikaya dair sualları düzgün cavablandıran üç qalib tamaşaçı AGF-nin sponsoru LG tərəfindən təqdim olunan dəyərli hədiyyələrə layiq görülüb.

Maraqlı və gərgin mübarizə şəraitində keçən ikinci günün ardından yarışın ən həyəcanlı mərhələsi – final çıxışları gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti