...

48 ÖLKƏ BAKIDA KEÇİRİLƏCƏK BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA ÇEMPİONATINDA İŞTİRAK ETMƏK ÜÇÜN ƏRİZƏ VERİB

Cəmiyyət Materials 24 İyun 2005 12:40 (UTC +04:00)

48 ölkə oktyabrda Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatında iştirak etmək üçün ərizə verib. AR Gimnastika Federasiyasından Trend ə verilən məlumata əsasən, sentyabrın 28-dən başlayaraq nümayəndələr Bakıya gələcək, oktyabrın 3-9-u isə Heydər Əliyev adına İdman-konsert kompleksində idmançılar dünya çempionu adı uğrunda mübarizə edəcəklər.

Bu çempionatda birinciliyə ən çox şansı olanlar Rusiya və Ukrayna, Belarus və Bolqarıstan, Yunanıstan və İspaniya, İtaliya və Qazaxıstan hesab olunur. Təbii ki, Azərbaycan da bu mübarizəyə qatılacaq. Bizim ölkəmizi fərdi proqramda 3 idmançı - Dinara Gimatova, Anna Qurbanova və Vəfa Hüseynova, qrup məşqlərində isə komanda təmsil edəcək.

Dünya çempionatı çərçivəsində oktyabrın 7-8-də Bakıda Atletlər komissiyasının görüşü, yarışlar başa çatdıqda isə Beynəlxalq Gimnastika Federasiyasının İcra komitəsinin iclası keçirilək. İclasda cari olimpiya siklində idman gimnastikası üzrə Yarış qaydalardakı dəyişikliklər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti