Ekologiya və təbii sərvətlər Nazirliyi Azərbaycanın regionlarında məişət tullantılarının idarəedilməsi üzrə bir neçə poliqon tikdirməkdə maraqlıdır.Bu barədə Trend agentliyinə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.Bu işlər ölkə hökuməti tərəfindən şəyata keçirilməlidir, özəl şirkətlər isə onları idarə edə bilər.Belə poliqonlar Mingəçevirdə, Gəncədə və ölkənin digər regionlarında tikilə bilər.
Hazırda Dünya bankı və digər maliyyə mənbələri, o cümlədən təhlükəli tullantıların iri sahiblərindən olan VP Britaniya-Amerika şirkəti ilə danışıqlar aparılır.
Azərbaycanda torpaq sahələrinin civə çirkablarından təmizlənməsi və ölkədə zəhərli tullantıların basdırılması üçün poliqonların yaradılması üzrə layihə artıq həyata keçirilib.Layihədə səthi-aktiv maddələr Zavodunda (Azərkimya DŞ-nin tərkibinə daxildir) zəhərli tullantıların ləğv edilməsi, civə ilə çirkləndirilmiş sahələr, poliqonun yaradılması nəzərdə tutulub.
Poliqon Sumqayıtın 15 km şimal-qərbində, Pereküşkül qəsəbəsinin yaxınlığında yerləşir və 50 ha sahəni tutur.Layihəyə müvafiq olaraq təhlükəli tullantıların zavoddan poliqona daşınması artıq başa çatdırılıb. $8 mln. dəyərində olan layihə Dünya bankının krediti hesabına maliyyələşdirilib və 2002-ci ilin dekabrında başlanılıb.