...

AZƏRBAYCAN VƏ ÇELYABİNSK VİLAYƏTİ MƏDƏNİYYƏT NAZİRLƏRİ ƏMƏKDAŞLIQ HAQQINDA RAZILAŞIBLAR

Cəmiyyət Materials 27 İyun 2005 13:43 (UTC +04:00)

AR mədəniyyət naziri Polad bül-Bül oğlu işguzar səfərlə Çelyabinskə səfər edərək həmin vilayətin mədəniyyət naziri Vladimir Makarov ilə mədəniyyət və incəsənət sahəsində saziş imzalayıb.

Trend agentliyinin məlumatına əsasən, nazir jürnalistlərlə görüşündə bildirib ki, sazişdə yaxın iki il ərzində mədəniyyət tədbirlərinin planı nəzərdə tutulub. Cənubi Urala Bakının ən yaxşı kollektivləri gedəcək, Çelyabinsk vilayətindən isə yaradıcı elitasının nümayəndələri gələcək. V.Makarovun sözlərinə görə, Cənübi Ural mədəniyyətini "Malaxit" orkestri təmsil edəcək.

İlk yaradıcı kollektiv - Naum Orlov adına dram teatr artıq yayın sonunda Bakıya gələ bilər.

Xəbər lenti

Xəbər lenti