...

STOKHOLMDA AZƏRBAYCANLILAR ETİRAZ AKSİYASI KEÇİRƏCƏKLƏR

Cəmiyyət Materials 8 İyul 2005 18:12 (UTC +04:00)

İçveçin paytaxtı Stokholmda iyulun 8-də yerli vaxtla saat 19.00-da azərbaycanlılar mitinq keçirəcəklər. Bu barədə Trend ə İsveç Azərbaycan Federasiyasından məlumat verilib.

Aksiya Güney Azərbaycan türklərinin İran hakimiyyətinin təzyiqləri altında qalmasına, hüquqlarının pozulmasına, iyun ayında Bəzz qalasına yürüş zamanı soydaşlarımızın təqiblərə məruz qalmaları və həbs edilmələrinə etiraz olaraq keçirilir.

Qeyd edək ki, hər il yüz minlərlə güneyli soydaşımızın Babəkin Bəzz Qalasına yürüş edərək özlərinin milli qurultayına toplanırlar. Bu yolla onlar milli problemlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirlər. Lakin hər il olduğu kimi, bu il də İran rejimi Babək Qalasına yürüşün qarşısını almaq üçün nizami ordudan istifadə etdi.

Bu məqsədlə İsfahan və Şirazdan əlavə silahlı qüvvələr gətirilmişdi. İsveçdəki azərbaycan Federasiyasından bildirilib ki, İran rejimi Babək Qalasına gələnlərə təzyiq göstərib, yüzlərlə soydaşımıza zorakılıq göstərərək həbsxanalara atıb. Xarici qəzetlərin, o cümlədən İsveçin ən böyük qəzetinin müxbirinin qalaya getməsinə icazə verilməyib.

"Biz İsveçdə fəaliyyət göstərən Azərbaycan Federasiyası olaraq fars rejiminin bu əməllərinə qəti etiraz edir, bütün yurddaşlarımızı Stokholmda Dagens Nyheter (DN) binası qarşısında keçiriləck etiraz aksiyasına qatılmağa çağırırıq.

Biz bu mitinq vasitəsi ilə İranda insan haqlarının hər gün, hər saat pozuldugunu, 35 milyonluq güney azərbaycanlıların milli haqlarının qəsb edildiyini İsveç siyasətçilərinin, İsveç ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik"-deyə Federasiyanın bəyanatında deyilir.

Mitinqin sonunda BMT-yə, Beynəlxalq Əfv Təşkilatına, İsveç parlamentinə, İranın Stokholmdakı səfirliyinə, Azərbaycan və dünya ictimaiyyətinə muraciət qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti