...

"TURAN" FUTBOL ÜZRƏ TURNİRDƏ İKİNCİ YERİ TUTUB

Cəmiyyət Materials 18 İyul 2005 12:49 (UTC +04:00)

"Turan" futbol klubu Türkiyədə başa çatan mövsümqabağı futbol turnirində ikinci yeri tutub. Trend in məlumatına görə, finalda bizim komandamız yerli "Diyarbəkirspor" komandasına 0:1 hesabı ilə uduzub.

Görüşün sonunda tovuzlular növbəti qolu qapıdan keçirsələr də, lakin qaydaların pozulduğuna görə hakim onu hesaba almayıb. Buna baxmayaraq, tovuzluların baş məşqçisi Naci Şənsoy üçün turnirdə onun nəticələrindən daha çox xəttlər arasında qarşılıqlı fəaliyyət daha çox maraqlandırırdı. Eləcə də, o, yetirmələrinin bəzi klubların da nəzərindən yayınmayan oyunundan razı qalıb.

Qeyd etmək lazımdır ki, final yarışlarına qoşulmaq üçün "Turan" bir-birinin ardınca vurduğu cərimə zərbələri ilə Türkiyənin "Dənizlispor" və "Samsunspor" komandalarını məğlub edib.

Xəbər lenti

Xəbər lenti