...

"NEFTÇİ" "ANDERLEHXT"LƏ GÖRÜŞÜ ƏRƏFƏSİNDƏ HÜCUMÇULARINDAN MƏHRUM OLA BİLƏR

Cəmiyyət Materials 22 İyul 2005 13:47 (UTC +04:00)

"Neftçi" iyulun 26-da Brüsseldə keçiriləcək Çempionlar Liqasının ikinci raundunun ilk matçında "Anderleht"ə qarşı yarışda myümkün itkilərini mümkün hesab edir.

Trend in məlumatına görə, yarışda iştirak etməyəcək yarımmüdafiəçi Zaur Tağızadə və müdafiəçi Aleksandr Çertoqanovun əvəzinə Nadır Nəbiyev - Tomislav Mişura hücumçu dueti əvəz edə bilər.

Bakılıların baş məşqçisi Ağasəlim Mircavadov qeyd edib ki, hər iki forvard islandların "Hafnarfyordur" komandasına qarşı cavab görüşündə zədə aldıqlarını bildirib və buna görə də onların "Anderleht"lə yarışda iştirakının sual altında olduğunu qeyd edib.

O qeyd edib ki, islandlar çox kobud oyun nümayiş etdiriblər və bu "çirkli oyun" Avropa Kubokunun ikinci mərhələsi ərəfəsində komandaya çox baha başa gələ bilər.

Xəbər lenti

Xəbər lenti