...

FUTBOL ÜZRƏ YIĞMAMIZ ALBANİYA İLƏ MATÇA HAZIRLIĞA BAŞLAYIB

Cəmiyyət Materials 13 Avqust 2005 14:45 (UTC +04:00)

Futbol üzrə Azərbaycan yığması avqustun 17-də Tiranada keçiriləcək Abaniya ilə yoldaşlıq matçına hazırlığa başlayıb.

Trend in məlumatına görə, yığmanın məşqçisi Vaqif Sadıqov Bakıda futbolçularla məşqlər keçirəcək, iki gündən sonra isə komanda Tiranaya yola düşəcək.

Tərkibi həftənin əvvəlində açıqlanmış yığmada yalnız bir dəyişiklik edilib - müdafiəçi Sergey Çernyakın yerinə "İnter"də oynayan Zaur Həşimov komandaya dəvət olunub.

Xatırladaq ki, V.Sadıqov kollektivin keçmiş məşqçisi Karlos Alberto Torreslə aralarında ixtilaf olan Zaur Tağızadə, Samir Əliyev və Mahmud Qurbanovu yığmaya qaytarıb.

Xəbər lenti

Xəbər lenti