Şahmat klubları arasında Avropa Çempionatının beşinci turunda NAO Çess Klab (Fransa) komandası Rusiyanın Ural komandasına qalib gəlib. Oyunda 8 xal toplayan komanda 3-7-ci yerləri bölüşür. Turnirdə yüz faizlik nəticələrlə Tomsk-400 komandası liderlik edir. Tbilisi komandası 9 xalla ikinci yerdədir.
Elə bu turda Ş.Məmmədyarovun birinci lövhədə alman İ.Henkini, R.Məmmədovun isə qrossmeyster A.Sokolovla heç-heçə oynamasına baxmayaraq Əczaçıbaşı (Türkiyə) komandası Almaniyanın TVTeqernsi klubuna 2:4 hesabı ilə uduzub. Türkiüənin Mərmərə klubu Priştina şahmatçılarını 4:2 hesabı ilə udub. V.Haşımov birinci lövhədə heç-heçə oynayıb.