...

İSRAFİL AŞURLU: "QALXARKƏN HAVA SARIDAN BƏXTİMİZ GƏTİRMƏDİ "

Cəmiyyət Materials 29 Sentyabr 2005 16:43 (UTC +04:00)

"Bizim hava sarıdan son dərəcə bəxtimiz gətirmədi və biz 3 gün 7 min metr yüksəklikdə düşərgədə qalmalı olduq". Bunu Kommunizm zirvəsinə qalxmağa nail ola bilməməsinin səbəblərini şərh edərkən azərbaycanlı alpinist İsrafil Aşurlu Trend ə bildirib.

Alpinist qeyd edib ki, o, yoldaşı Sergey Kofanovla zirvəyə saatyarımlıq yolu 5 saat ərzində qalxıb. "Hər tərəf qarla örtülmüşdü, cığırlar görünmürdü.Buna görə də geri qayıtmaq lazım gəldi. Son 3 gün ərzində dağda mənimlə Sergeydən başqa heç kim olmamışdı ", - deyə İ.Aşurlu bildirib.

Alpinist qeyd edib ki, dağa qalxmağı davam etdirməklə onlar zirvəyə axşamdan xeyli keçmiş çata bilərdilər. "Marşrutla geri dönmək üçün bizə bir gün də lazım olsa da, bizdə o, yox idi ", - deyə sonda İ.Aşurlu bildirib.

Xəbər lenti

Xəbər lenti