...

BMT-NİN ÜMUMDÜNYA ƏRZAQ PROQRAMININ YENİ LAYİHƏSİ AZƏRBAYCANDA 150 MİN ŞAGİRDİ ƏHATƏ EDƏCƏK

Cəmiyyət Materials 30 Sentyabr 2005 15:28 (UTC +04:00)

BMT-nin Ümumdünya Ərzaq Proqramı "Təhsil uğrunda" proqramı çərçivəsində Azərbaycanda yeni layihəni həyata keçirməyə başlayıb. Azərbaycanın Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, layihə 150 min nəfər ibtidai sinif şagirdini əhatə edəcək və 3 il ərzində həyata keçiriləcək.

Proqram ibtidai sinif şagirdlərinin ərzaqla təmin olunmasını nəzərdə tutur. "Təhsil uğrunda" ərzaq proqramı xüsusilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə yerləşən məktəblərdə ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə həyata keçirilir.

Yeni layihəyə əsasən, proqram ölkənin 23 rayonunu əhatə edir. Bu rayonlar seçilərkən qaçqın və məcburi köçkünlərin kompakt yaşadıqları ərazilər nəzərə alınıb.

Qeyd edək ki, hazırda həyata keçirilən "Təhsil uğrunda" ərzaq proqramı ölkənin 10 rayonunda 98 ümumtəhsil məktəbininin ibtidai siniflərini əhatə edir, təxminən 5300 nəfər ibtidai sinif şagirdi müəyyən dərəcədə ərzaqla təmin olunur.

Xəbər lenti

Xəbər lenti