...

AZƏRBAYCANIN CÜDO ÜZRƏ KOMANDASI AVROPA BİRİNCİLİYİNDƏ İŞTİRAK EDİR

Cəmiyyət Materials 30 Sentyabr 2005 16:11 (UTC +04:00)

Azərbaycxanın cüdo üzrə yığması sentyabrın 30-da start götürən Avropa birinciliyində iştirak edir.

Komandanın baş məşqçisi Hacıağa Hacıəhmədovun Trend ə verdiyi məlumata görə, komandanın tərkibinə dünya çempioantının bürünc mükafatçısı Nicat Şıxalizadə (60 kq), Araz Muxtarov (73 kq), Avropa birinciliyinin qalibləri Ramil Usubov (57 kq) və Sona Əhmədli (63 kq) daxildirlər. Baş məşqçinin sözlərinə görə, idmançılardan hər biri Xorvatiyada uğurla çıxış etməyə və medal qazanmağa qadirdirlər. Rəhbərlik Qahirədəki çempioantda fərqlənən N.Şıxəlizadənin uğuruna xüsusi ümid bəsləyirlər. "Mən fikirləşirəm ki, Misirdəki qələbə Nicata yeni qələbələr üçün stimul verəcək", - deyə H.Hacıəhmədov bildirib.

Zaqrebdə Azərbaycan cüdoçularının əsas rəqibləri Fransa, Rusiya, Belarus, Hollandiya və digər ölkələrdən olan idmançılar olacaqlar.

Xəbər lenti

Xəbər lenti