...

Müğənni Lalə Məmmədovanın "Səni sevirəm" adlı yeni disk və kaseti çıxıb

Cəmiyyət Materials 10 Noyabr 2005 13:39 (UTC +04:00)
Müğənni Lalə Məmmədovanın "Səni sevirəm" adlı yeni disk və kaseti çıxıb

Müğənni Lalə Məmmədovanın "Səni sevirəm" adlı yeni diski və audio kasseti işıq üzü görüb. Bu barədə Trend agentliyinə müğənni L.Məmmədova özü açıqlama verib. O, bildirib ki, albomda 12 mahnı yer alıb, bunlarda üçü tamamilə yeni, qalanları isə müğənninin artıq ifa etdiyi mahnılardır. "Səbuhi" studiyasında hazırlanmış disk və kasseti orijinal dizayn və müğənninin yeni imicdə şəkilləri bəzəyir.

Lalə Məmmədova bildirib ki, yeni albomunun təqdimat mərasimini keçirməyəcək. Müğənni telekanallarda müxtəlif proqramların qonağı olaraq bu disk və kaseti barədə məlumat verməklə yeni albomunu təqdim edəcək. "Səni sevirəm" albomunun diski L.Məmmədovanın sayca ilk diski, kaseti isə ikincidir.

Müğənni onu da bildirib ki, bir aydan sonra onun daha yeni bir diski işıq üzü görəcək. Yeni diskdə retro və xalq mahnıları yer alacaq. Hazırda yeni albomun üzərində iş gedir.

Klipə gəldikdə isə, L.Məmmədova deyib ki, gələn ilin yaz aylarında sevilən mahnılarından birinə klip çəkdirəcək.

Xəbər lenti

Xəbər lenti