...

FİDE Şəhriyar Məmmədovu Dünya Kubokunda iştirak edəcək şahmatçılar sırasına daxil edib

Cəmiyyət Materials 14 Noyabr 2005 15:47 (UTC +04:00)

Beynəlxalq Şahmat Federasiyası (FİDE) Şəhriyar Məmmədovu noyabrın sonunda Xantı-Mansiyskdə keçiriləcək Dünya Kubokunda iştirak edəcək şahmatçılar sırasına daxil edib.

Trend in xəbər verdiyi kimi, buna səbəb bir çox potensial oyunçuların yarışa gəlməkdən imtina etmələri nəticəsində mümkün olub. Onların arasında Argentinada dünya çempionatının qalibi bolqarıstanlı Veselin Topalov, özbəkistanlı Rüstəm Qasımcanov, ingiltərəli Maykl Adams, rusiyalı Harri Kasparov və Vladimir Kramnik, hindistanlı Vişvanatan Anand və başqaları var. FİDE Şəhriyarın adını əvvəlcədən ehtiyat vərəqinə daxil etdiyindən o, qarşıdakı kubokda gücünü sınamaq hüququ əldə edib.

Qeyd etmək lazımdır ki, hazırda Ş.Məmmədyarov İstambulda gənclər arasında keçirilən dünya birinciliyində uğurla çıxış edir.

Xəbər lenti

Xəbər lenti