...

Azərbaycanın hər iki qrossmeysteri dünya Kubokunun ikinci raundundadır

Cəmiyyət Materials 29 Noyabr 2005 18:49 (UTC +04:00)

İkinci tura çıxış uğrunda əlavə oyunun ikinci partiyasında qələbə qazanıb. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Qazaxıstan şahmatçısı Nurlan İbrayevi 2.5:1.5 hesabı ilə məğlub edib. Digər Azərbaycan şahmatçısı Teymur Rəcəbov şahmat üzrə Xantı-Mansiyskdə keçirilən dünya Kubokunun ikinci mərhələsində sabah oynayacaq.

Trend bildirir ki, şahmatçılarımızın rəqibləri müvafiq olaraq rusiyalı Yevgeni Nayer (2641) və yenidən Qazaxıstan şahmatçısı M.Kajqaleyev (2601) olacaq.

Xəbər lenti

Xəbər lenti