...

Jurnalistlərə qarşı təzyiqlərlə bağlı Mətbuat Şurası və DİN-lə birgə təhqiqat qrupu yaradılacaq

Cəmiyyət Materials 1 Dekabr 2005 19:30 (UTC +04:00)

Dekabrın 1-də Mətbuat Şurasının sədri Əflatun Amaşov daxili işlər naziri Ramil Usubovla görüşüb. Bu barədə Trend ə Ə.Amaşov məlumat verib.

O, bildirib ki, görüşdə noyabrın 26-da müxalifətin "Qələbə" meydanında keçirdiyi mitinq zamanı kütləvi informasiya vasitələri əməkdaşlarının hüquqlarının pozulması məsələsi müzakirə olunub. Qərara gəlinib ki, bununla bağlı faktlar Daxili İşlər Nazirliyi və Mətbuat Şurasının birgə təhqiqat qrupu tərəfindən araşdırılsın.

Ə.Amaşov Mətbuat Şurasına son mitinqdə hüquqlarının pozulduğu iddiası ilə 10-a yaxın jurnalistin müraciət ünvanladığını nazirin diqqətinə çatdırıb. Nazir Ramil Usubov Şuranın jurnalistlərlə bağlı müraciətinin ciddi araşdırılacağını, təsdiqini tapan faktlar üzrə təqsirli bilinənlərin məsuliyyətə cəlb olunacaqlarını deyib.

Mətbuat Şurası İdarə Heyətinin üzvləri Arif Əliyev və Yadigar Məmmədlinin, habelə Şuranın mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının koordinatoru İbrahim Məmmədlinin iştirak etdiyi görüşdə həmçinin son günlərin polis-jurnalist münasibətləri də diskussiya predmetinə olub.

Xəbər lenti

Xəbər lenti