...

AR təhsil Nazirliyi YUNESKO-ya əməkdaşlıq proqramının layihəsini təqdim edəcək

Cəmiyyət Materials 8 Dekabr 2005 11:21 (UTC +04:00)

AR təhsil Nazirliyi ölkədə təhsil sisteminin inkişafı sahəsində əməkdaşlıq proqramının layihəsini YUNESKO-ya təqdim edəcək. Bu barədə Trend ə nazirlikdə bildirilib.

Layihə birgə işçi qrupunun dekabrın 13-17-də Bakıda keçiriləcək birinci iclasında təqdim ediləcək. Əməkdaşlıq proqramı ölkənin təhsil sisteminin prioritet sahələrinin inkişafında sıx əməkdaşlığını nəzərdə tutur. Əsas prioritet sahələr pedoqoji kadr hazırlığı, müəllimlərin ixtisaslarının artırılması və digər sahələrdir.

İclasda iştirak etmək üçün YUNESKO-nun ali təhsil və planlaşdırma departamentinin rəisi Mirəsgər Hüseynovun başçılıq etdiyi ekspertlərdən ibarət nümayndə heyəti Bakıya gələcək.Nümayndə heyətinin tərkibinə həmçinin təşkilatın 4 eksperti daxildir. Nümayəndə heyəti Bakıda Azərbaycan Milli Məclisinin elm və təhsil üzrə parlament daimi komissiyasının sədri, təhsil nazirliyinin rəhbərliyi və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti