...

Azərbaycan Boks Federasiyası AHBA-nın növbətənkənar Konqresinin çağırılması ideyasını dəstəkləyir

Cəmiyyət Materials 8 Dekabr 2005 12:38 (UTC +04:00)

Azərbaycanın boks Federasiyası Avropa Həvəskar Boks Assosiasiyasının növbədənkənar Konqresinin çağırılması barədə xaricdəki həmkarlarının əksəriyyətinin iideyasını dəstəkləyir.

Milli təşkilatın rəhbəri Ağacan Əbiyevin Trend ə verdiyi məlumata görə, AHBA-nın 30-a yaxın üzvü təşkilatın rəhbərliyi ilə təcili görüşməklə bağlı ideyanı dəstəklədiyi halda, 10-dan artıq Assosiasiya bu məsələ üzrə daxili iclasını keçirir. "Bir sıra, xüsusilə də Şərqi Avropa Federasiyalarının narazılığıonların təkliflərinin əksəriyyəti keçmir və qitənin Qərb hissəsinin nümayəndələri tərəfindən asanlıqla "tapldalanır". Ona görə də AHBA-nın narazı qalmış üzvləri hadisələrin belə inkişafı ilə artıq barışa bilmir", - deyə A.Əbiyev bildirib.

Qeyd etmək lazımdır ki, Təşəbbüs qrupu AHBA-nın prezidentə kimi rəhbər tərkibinin yenidən seçilməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti