...

Ulan-Udedə Azərbaycan mədəniyyəti günləri keçirilir

Cəmiyyət Materials 8 Dekabr 2005 13:51 (UTC +04:00)

Dekabrın 8-də Buryatiyanın paytaxtı Ulan-Udedə Azərbaycan mədəniyyəti günləri keçirilir. AR mədəniyyət Nazirliyində Trend ə bildirilib ki, tədbirlər "Rusiyada Azərbaycan İli" çərçivəsində keçirilir.

Tədbirlər "Buryatiyanın Azərbaycan mədəniyyət mərkəzi" tərəfindən təşkil edilib. Mərkəzin gənc yaradıcı kollektivləri Ulan-Udenin Cəng bədii teatrında Azərbaycan mədəniyətinə həsr olunmuş işlərini təqdim edəcək. Bu, ölkənin tarixi, coğrafiyası, sənayesi, kənd təsərrüfatı və incəsənətinə dair fotosərgidir. Bundan başqa, Buryatiya gənc rəssamlar Assosiasiyasının üzvü, gənc rəssam Faina Batancanovanın ilk fərdi sərgisi təşkil edilib. "Xəzər" folklor ansamlının konserti olacaq.

Buryatiyada təxminən 1,5 min azərbaycanlı yaşayır, onların böyük hissəsi RF vətəndaşlarıdır. Onların əksəriyyəti buraya keçmiş SSRİ respublikalarından 10 minədək insanın işlədiyi BAM-ın tikintisi zamanı gəlmişlər.

Xəbər lenti

Xəbər lenti