...

Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənən 89 məhkumdan 39-u cəzanın 15 ilə endirilməsi tələbi ilə məhkəməyə müraciət edib

Cəmiyyət Materials 8 Dekabr 2005 16:22 (UTC +04:00)

Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənən 89 məhkumdan 39-u cəzalarının 15 ilə endirilməsi tələbi ilə Qaradağ rayon məhkəməsinə müraciət edib. Ədliyyə Nazirliyinin məhkəmə qərarları icrası baş idarəsindən bildirilib ki, onların müraciətlərinə Qaradağ rayon məhkəməsində baxılıb və təmin edilməyib. 24 məhkum Qaradağ rayon məhkəməsinin qərarından Appelyasiya şikayəti verib. Bunlardan 8-nə Appelyasiya məhkəməsində baxılıb və Qaradağ rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb. 16 məhkumun şikayəti isə Appelyasiya məhkəməsinin icraatındadır.

Xəbər lenti

Xəbər lenti