...

Hüseyn Bağırov: "Meşələrin qırılması prosesi getdikcə azalır"

Cəmiyyət Materials 12 Dekabr 2005 17:35 (UTC +04:00)

Azərbaycanda meşələrin qırılması prosesi getdikcə azalır. Trend in məlumatına görə, bu fikirləri jurnalisitlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Nazir qışın gəlməsi ilə əlaqədar meşələrdə ağacların qırılaraq odun kimi istifadə olunamasına münasibətini bildirib: "Biz bu işlərə nəzarət edirik və nəzarəti artırırıq. Ümumilikdə isə bu məsələ hələ də problem olaraq qalır. Azərbaycan əhalisinin bir qismi elə zonada yaşayırlar ki, başqa yanacaq vasitələri onlardan uzaqda yerləşir, əhali isə ənənəvi olaraq oduna öyrəşib. Bu da problem yaradır"-deyə H.Bağırov qeyd edib.

H.Bağırov ölkədə təbii hadisələrlə bağlı vəziyyətin də daim nəzarət altında olduğunu və durumun vəziyyətin sabit olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti