...

Mətbuat Şurası beş qəzetlə bağlı materialları Baş Prokurorluğa göndərib

Cəmiyyət Materials 13 Dekabr 2005 10:56 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası "Dəryaz", "Böyük millət", "Gün", "Dövlət hüququ" və "İdeal" qəzetləri ilə bağlı Respublika Baş Prokurorluğuna müraciət ünvanlayıb. Bu barədə Trend ə Mətbuat Şurasından (MŞ) məlumat verilib. Müraciətdə bildirilib ki, sözügedən qəzetlər yazılarında "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na sayğısızlıq nümayiş etdirməklə yanaşı jurnalist fəaliyyəti ilə bir araya sığmayan bir sıra hallara da yol verib. Müraciətdə həmin hallar konkret faktlarla izah edilib.

Baş Prokurorluqdan araşdırma apararaq bu nəşrlərin barəsində müvafiq tədbirlər görülməsi xahiş olunur.

Xəbər lenti

Xəbər lenti