Birinci dövrəsi ötən həftə başa çatmış Azərbaycan futbol çempionatında transfer fasiləsi yanvarın 13-dən başlayacaq.
AFFA-nın yarışların keçirilməsi üzrə departamentinin rəhbəri Məlik Həsənovun Trend ə xəbər verdiyi kimi, klublar fevralın 10-na kimi yeni futbolçu qəbul edə bilər. Onun sözlərinə görə, birinciliyin ikinci dövrəsinə fevralın 11-də start verilir və komandalar 14-cü turun başlanmasına qədər yeni potensial futbolçularla sonuncu müqaviləni bağlaya bilər.
O, həmçinin, bildirib ki, klublar fəal transfer siyasəti apara bilər, lakin futbolçuların AFFA-da qeydiyyata alınması yanvarın 13-dən sonra mümkün olacaq.