...

Norveç hökuməti Abşeronun neftlə çirklənmiş torpaqlarının təmizlənməsini davam etdiyə bilər

Cəmiyyət Materials 28 Dekabr 2005 17:47 (UTC +04:00)

Ekoloji proqnozlaşdırmalar Milli Fondu Norveç hökuməti tərəfindən maliyyələşdirilən "Abşeron torpaqlarının bərpası və dirçəldilməsi" layihəsinin davam etdiriləcəyini gözləyir. Bu barədə Trend ə Ekoloji proqnozlaşdırmalar Milli Mərkəzinin sədri Telman Zeynalov məlumat verib.

Onun sözlərinə görə, Norveçin vəsaiti hesabına 2004-cü ildən reallaşdırılan pilot layihəsinin dəyəri $100 mindir. Bu vəsaitin $66,625 min artıq xərclənib. Alim hesab edir ki, bir çox QHT və xarici şirkətlər torpaqların bərpası üçün bioreanimasiya metodologiyasından istifadə etsələr də, bu səmərəli deyil. Bundan əlavə, bu, milyardlarla vəsait tələb edir. "Bu üsulla heç bir hektar ərazini də təmizləmək mümkün deyil",- deyə T.Zeynalov bildirir.

Pilot layihəsinin məqsədi torpağı dirçəltmək, onun qaytarmaq və ona ikinci həyat verməyin mümkünlüyünü sübut etməkdir. Lakin bu layihənin reallaşdırılması fondunun ekspertləri torpaqların təmizlənməsinin real dəyərini aşkar ediblər. Pilot layihəsi bir il üçün nəzərdə tutulub. Lakin onun müəlliflik vəsiqəsini əldə etmək üçün ən azı 4 il vaxt lazımdır. Çünki materialları əldə etmək, yerin təkinin kimyəvi, bioloji dəyişiklikləri dəqiqləşdirmək lazımdır.

Xəbər lenti

Xəbər lenti