...

Azərbaycanlı zəvvarlar artıq ayinin əsas hissəsi olan Böyük Həccə başlayıb

Cəmiyyət Materials 7 Yanvar 2006 14:04 (UTC +04:00)

Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlar sağ-salamatdırlar və müxtəlif dini ayinləri yerinə yetirməkdə davam edirlər. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bildirilib.

İdarədən verilən məlumata görə, zəvvarlar artıq ayinin əsas hissəsi olan Böyük Həccə başlayıblar. Zul-hiccə ayının 7-də - yanvarın 7-də Məscidi Muharrəmdə xütbə oxunacaq, növbəti gün isə zəvvarlar Məkkənin 25 km-də yerləşən Ərəfat dağına yollanacaq. Zul-hiccə ayının 8-dən 9-na keçən gecəni zəvvarlar Mina vadisində keçirəcək, ayın 9-da isə Ərəfat dağında həccin əsas ayini başa çatacaq. Bu ayin günorta, Günəş ən yüksək nöqtəyə çatandan sonra başlayacaq və günəş batanda başa çatacaq. Burada zəvvarlar oxunan xütbəni dinləyəcək və Allaha dualar edəcək. Günəş batdıqdan sonra zəvvarlar Muzdalif vadisinə (bu ayin ifada adlanır) gedəcək və orada parlaq işıqlı məscidin qarşısında dualar edəcək.

Zul-hiccə ayının 10-da, səhər tezdən zəvvarlar dualar edərək yenidən Mina vadisinə yollanacaq, Muzdalifdə seçilmiş yeddi daşı orada, inanca görə, İbrahim dua etməyə yollanarkən yolunu kəsən İblisin rəmzi olan üç dirəkdən (cəmrat əl-aqabə) sonuncusuna atacaq. Müsəlmanlar bu ayini icra edərək fikrən özlərini Allaha həsr edib şeytanı öz həyatlarından qovmaq üçün bütün səyləri ilə çalışacaqlarına and içəcəklər. Sonra zəvvarlar əsas ayin olan qurbankəsmə ayinini icra edərək hacı titulu alacaqlar.

QMİ-də bildirilib ki, azərbaycanlı zəvvarlar yanvarın 17-dən başlayara

Xəbər lenti

Xəbər lenti