"Biz Ermənistan tərəfinə "Neftçi" komandasına qarşı oyunda əlavə zəmanət verməyə hazır idik, amma çox təəssüf ki, siyasət idmana müdaxilə etdi". Trend bildirir ki, bu barədə Birlik Kubokunun yarımfinalında Azərbaycan çempionlarına qarşı oynamaqdan imtina edən "Pyünik"ə münasibət bildirən Rusiya Futbol İttifaqının rəsmi məlumatında bəyan olunur.
Müraciətdə deyilir ki, təşkilatçılar erməni və azərbaycanlı azarkeşləri tribunanın müxtəlif hissələrində yerləşdirməyi planlaşdırmışdı. "Moskva milisinin bu işdə çox böyük təcrübəsi vardır. Bundan əlavə, bu turnirdə "Neftçi" və "Pyünik"in oyunları bir-birinin ardınca keçirilib və komandaların fanatları tribunanın altında olan yerlərdə qarşılaşıblar. Amma onların arasında heç bir münaqişə baş verməyib" -deyə RFİ-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Andrey Malosolov vurğulayıb.