...

Ali məktəblərin magistratura pilləsinə qəbul imtahanı keçirilib

Cəmiyyət Materials 23 Yanvar 2006 15:02 (UTC +04:00)

Yanvarın 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) MBA və Tempus-TACİS beynəlxalq proqramları üzrə ölkə ali məktəblərinin magistratura pilləsinə qəbul imtahanı keçirib. Bu barədə Trend ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bu proqramlar üzrə magistr təhsili almaq istəyənlər arasnıda jurnalist, marketinq, gömrük işinin təşkili, memarlıq, təbiətdən istifadənin iqtisadiyyatı, neft və qazın geologiyası, tarix və s. ixtisaslı bakalavrlar olub. İmtahanlarda iştirak etmək istəyini bildirmiş 502 namizəddən 349-u Azərbaycan, 153-ü isə rus bölməsinin məzunları olub.

İmtahan üçün ayrılmış 2 saat ərzində bakalavrlar 100 suala cavab veriblər. İmtahanların nəticələri 22 yanvar saat 17.00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Ali məktəblərin magistraturasının bu və digər şöbəsinə (əyani və qiyabi) yerləşdirilmiş bütün bakalavrlar sənədlərini fevralın 3-dək müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bakalavrların həmin müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti