...

Nazim İbrahimov: "Yaxın günlərdə Azərbaycan-Gürcüstan Hökumətlərarası Birgə Əməkdaşlıq üzrə İşçi Qrupu fəaliyyətə başlayacaq"

Cəmiyyət Materials 31 Yanvar 2006 14:33 (UTC +04:00)

Nazirlər Kabineti Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli məqsədilə yaxın günlərdə Azərbaycan-Gürcüstan Hökumətlərarası Birgə Əməkdaşlıq üzrə İşçi Qrupunun yaradılmasına dair sərəncam verəcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahiov məlumat verib.

N.İbrahimov bildirib ki, Dövlət Komitəsi Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli yollarına dair iki sənəd - tədbirlər planı və xüsusi proqram hazırlayaraq Azərbaycan hökumətinə təqdim edib. Onun sözlərinə görə, yaxın günlərdə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan-Gürcüstan Hökumətlərarası Birgə Əmədaşlıq üzrə İşçi Qrupu yaradılacaq və ora Azərbaycan tərəfindən 20-yə yaxın dövlət orqanlarının, nazirliklərin əməkdaşları daxil ediləcək. Qrupda, həmçinin, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi də təmsil olunacaq. İşçi Qrupunun fəaliyyət istiqamətlərindən biri Dövlət Komitəsi tərəfindən hazırlanmış proqram və tədbirlər planını həyata keçirmək olacaq. Qrupda Gürpcüstanın da dövlət orqanları təmsil olunacaq.

Nazim İbrahimov bildirib ki, Dövlət Komitəsinin əməkdaşları bu günlərdə Gürcüstanda növbəti ezamiyyətdə olub və azərbaycanlıların kompakt yaşadığı yerlədə onlarla görüşlər keçiriblər. Nazim İbrahimovun sözlərinə görə, yaxın vaxtlarda fəaliyyətə başlayacaq Birgə Əməkdaşlıq üzrə İşçi Qrupu Gürcüstanın aidiyyatı dövlət orqanlarına təkliflər də təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti