...

"Borçalıbank"ın prezidenti 9 illik həbs cəzasına məhkum edilib

Cəmiyyət Materials 31 Yanvar 2006 16:36 (UTC +04:00)

Yanvarın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Sədrəddin Hacıyevin sədrliyi ilə "Borçalıbank"ın prezidenti Novruz İsmayılovun və bankın idarə heyətinin sədri Məzahir Əhmədovun cinayət işi üzrə keçirilən məhkəmə prosesi başa çatıb. Trend xəbər verir ki, məhkəmənin hökmü ilə Novruz İsmayılov 9, Məzahir Əhmədov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hakim Sədrəddin Hacıyev hökmü elan edərkən məlum olub ki, istintaq orqanları tərəfindən Novruz İsmayılova və Məzahir Əhmədova qarşı irəli sürülmüş ittihamlar məhkəmə yolu ilə tam sübuta yetirilib.

Həmin ittihamlar vergidən yayınmadan, etibardan və qulluq mövqeyindən sui-istifadə etmədən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ibarətdir.

Lakin təqsirləndirilən şəxslərin vəkilləri hökmlə razılaşmayıblar və qərarı əldə etdikdən sonra apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti