...

Azər Tağıyev: "Yaxın vaxtlarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən vəkil olmaq istəyənlərin test imtahanları keçiriləcək"

Cəmiyyət Materials 3 Fevral 2006 15:51 (UTC +04:00)

Yaxın vaxtlarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən vəkillərin test imtahanları keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyətinin sədri Azər Tağıyev məlumat verib.

"Prezident İlham Əliyevin müvafiq fərmanından irəli gələn məsələlərdən biri də regionlarda vəkillərin sayının artırılması ilə əlaqədardır. Onu da bildirim ki, vəkillər regionlarda fəaliyyət göstərməkdənsə Bakıda işləməyə üstünlük verirlər. Vəkillərin 80 faizi Bakıda fəaliyyət göstərir. Hətta bölgələrdə qeydiyyatda olan vəkillər də Bakıya axın edir. Bunun qarşısını almaq məqsədilə belə qərara almışıq ki, həmin vəkillərin qarşısında bəzi qadağalar qoyaq. Məsələn, bölgələrdə qeydiyyatda olan vəkillər Bakıda fəaliyyət göstərmək üçün ən azı həmin bölgədə 3 il vəkillik fəaliyyəti göstərməlidir. Yaxın gələcəkdə bu qaydanı tətbiq edəcəyik", - deyə A.Tağıyev bildirib.

Rəyasət heyəti sədrinin sözlərinə görə, hazırda respublikanın 4 regionunda - Şəki, Sumqayıt, Gəncə və Əli Bayramlıda vəkillərin sayının artırılması üçün sənəd qəbulunuün keçirilməsi ilə bağlı bəzi texniki məsəsələr müzakirə olunur. İlk olaraq test imtahanları Naxçıvan Muxtar Respublikasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti