...

Konstitusiya Məhkəməsinin sədri ATƏT-in nümayəndələrini qəbul edib

Cəmiyyət Materials 3 Fevral 2006 18:24 (UTC +04:00)

Fevralın 3-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ATƏT-in Bakı ofisinin rəhbəri cənab Maurisio Pavesi və ATƏT-in insan ölçüsü üzrə koordinatoru cənab Andreas Buşu qəbul edib. Trend xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Konstitusiya Məhkəməsi ilə ATƏT arasında əməkdaşlığın 2005-ci ilin nəticələri və 2006-cı il üçün qarşılıqlı tədbirlərin perspektivləri müzakirə olunub. Əldə olunan razılığa əsasən, ATƏT-in Bakı ofisi tərəfindən Konstitusiya Məhkəməsi aparatının əməkdaşları üçün xüsusi təlim kursları təşkil olunacaq və ATƏT-in dəstəyi ilə Avropa konstitusiya nəzarəti orqanlarına tanışlıq səfərləri həyata keçiriləcək. Eyni zamanda Konstitusiya Məhkəməsində məhkəmə icraatını daha da təkmilləşdirmək məqsədi ilə ATƏT-in ekspert rəyləri təqdim olunacaq.

Görüş zamanı tərəflər arasında ikitərəfli əməkdaşlığın digər perspektivləri haqqında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti