...

Azərbaycan yığmasının nümayəndə heyətinin ilk hissəsi Turinə yola düşüb

Cəmiyyət Materials 6 Fevral 2006 16:30 (UTC +04:00)

Qış Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan yığmasının ilk hissəsi artıq Turinə yola düşməyə başlayıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin Trend ə verdiyi məlumata görə, fevralın 6-da nümayəndə heyətinin rəhbəri Mirkamil Rəhimov İtaliyaya yola düşüb. O, komandanın yaşayacağı yeri bir daha nəzərdən keçirməlidir və onlar gələni kimi bütün zəruri olanları hazırlamalıdır. Xüsusilə ona görə ki, Kristin Freyzer və İqor Lukanindən ibarət rəqs cütlüyü bilavasitə yarışların başlamasından əvvəl Turinə gəliblər. "Mən yığmaya Oyunların fevralın 10-da keçiriləcək təntənəli açılışı günü qoşulacağam", - deyə Ç.Hüseynzadə bildirib.

Xatırladaq ki, Olimpiya Oyunlarında Azərbaycan yığması fiqurlu xizəksürmə üzrə proqramda təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti