...

Adil Əliyev: "Palçıq vulkanlarının yaxın olduğu ərazidə yaşayış evlərinin tikilməsi faciə ilə nəticələnə bilər"

Cəmiyyət Materials 15 Fevral 2006 17:37 (UTC +04:00)

"Palçıq vulkanlarının yaxın olduğu ərazidə yaşayış evlərinin tikilməsi burada yaşayan əhali üçün faciə ilə nəticələnə bilər". Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 15-də keçirilmiş mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda respublikanın quru ərazilərində, xüsusilə Abşeron yarımadasında yerləşən vulkanların 70%-i fəaldır.

"Hətta sönmüş vulkanların olduğu ərazidə də tikinti işləri aparmaq olmaz" - deyə alim qeyd edib.

A.Əliyev bildirib ki,son 10 il ərzində vulkanların olduğu ərazidə tikinti işləri aparılır ki, nəticədə vulkanlar çirklənir. Bu isə ekoloji baxımdan təhlükəlidir.

"Məsələn, bu vulkanlardan biri artıq yaşayış massivinin salındığı Binəqədi yaxınlığındadır. Tikinti işləri aparmaq üçün vulkan kraterinin yaxınlığında ərazinin ayrıldığı Qobuda da belə vəziyyət müşahidə olunur" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti