...

Olimpiadada Kristin Freyzer və İqor Lukanin cütlüyünün çıxışı başlayır

Cəmiyyət Materials 17 Fevral 2006 12:29 (UTC +04:00)

Fevralın 17-də Turində keçirilən Olimpiadada Azərbaycanın Kristin Freyzer - İqor Lukanin rəqs cütlüyünün çıxışı başlayır.

Trend in Qış Oyunlarının rəsmi saytına istinadən xəbər verdiyi kimi, duet Rusiyadan Oksana Domnina-Maksim Şabalin, Polşadan Aleksandra Kauç- Mixael Tsix, Yaponiyadan Nozomi Vatanabe-Akiyuki Kido və Yelena Qruşina-Ruslan Qonçarov cütlüklərinin daxil olduğu ikinci yarımqrupda çıxış edəcək.

Karyeraları ərzində bu oyunlarda artıq üçüncü dəfə iştirak edən K.Freyzer-İ.Lukanin cütlüyünün qısa çıxış proqramına əsasən, onlar "Pallavela" sarayında 5-ci çıxış edəcək. Olimpiya medalı uğrunda mübarizəyə 24 duet qoşulacaq. Yarışın favoritləri isə rusiyalı Tatyana Nakva-Roman Kostomarov cütlüyüdür.

Xəbər lenti

Xəbər lenti