...

"Kapitalbank"ın Biləsuvar rayon şöbəsinin sabiq rəisinin cinayət işi üzrə materiallar məhkəmə baxışına göndərilib

Cəmiyyət Materials 21 Fevral 2006 16:11 (UTC +04:00)

"Kapitalbank" Dövlət Bankının Biləsuvar rayon şöbəsinin sabiq rəisi Güloğlan Nağıyevin cinayət işi üzrə istintaq başa çatıb və iş materialları məhkəmə baxışına göndərilib. Bu barədə Trend ə G.Nağıyevin vəkili Eldar Qurbanov məlumat verib.

Güloğlan Nağıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirləndirilir. Hazırda 1 saylı istintaq təcridxanasında saxlanılan G.Nağıyevin cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən icra olunub.

G.Nağıyevə qarşı irəli sürülmüş ittihama görə, o, rayonun sosial müdafiə fondunun pensiya paylayan işçilərindən hər dəfə pensiyaların ümumi məbləğinin 2 faizini alaraq mənimsəyirmiş. Bu fakt sosial müdafiə fondunun Biləsuvar rayon şöbəsinin rəisi həbs olunandan sonra üzə çıxıb.

İstintaq zamanı "Kapitalbank"ın və sosial müdafiə fondunun Biləsuvar rayon filiallarının əməkdaşları və pensiyaları mənimsənilmiş vətəndaşlar dindirilib. Cinayət işinin materialları yaxın günlərdə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimlərindən birinin icraatına veriləcək.

Xəbər lenti

Xəbər lenti